“Sumqayıt” “Qarabağ”a qarşı - YENİLƏNİR
22.05.2026 - 10:10
“Sumqayıt” “Qarabağ”a qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında XXXIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçı Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandası azarkeşləri önündə "Qarabağ"ı sınağa çəkəcək.

Ev sahibləri üçün bu qarşılaşma, bəlkə də, komandanın baş məşqçisi Saşa İliçin rəhbərliyi altında son oyun olacaq. Serbiyalı mütəxəssisin yetirmələri bu matçdan qələbə ilə ayrılacaqları təqdirdə, turnir cədvəlində 6-cı pilləyə yüksələcəklər.

Bu mövsüm “Sabah”la zirvə yarışında çempionluğu əldən verən “Qarabağ” isə mövsümün son qarşılaşmasında azarkeşlərini sevindirməyi planlaşdırır.

Görüşə saat 19:30-da start veriləcək. 

Misli Premyer Liqası
XXXIII tur

19:30. "Sumqayıt" – "Qarabağ"
Baş hakim: Elvin Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu