DÇ-26: Fransa İspaniyaya qarşı - YENİLƏNİR
14.07.2026 - 23:24
DÇ-26: Fransa İspaniyaya qarşı  - YENİLƏNİR

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib. 

Apasport.az xəbər verir ki, turun ilk qarşılaşmasında İspaniya və Fransa milliləri üz-üzə gəlirlər. 

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal penaltidən dəqiq zərbəylə İspaniyanı önə keçirib: 1:0.

Qeyd edək ki, oyunun qalibi finalda İngiltərə - Argentina cütünün güclüsü ilə qarşılaşacaq.

DÇ-2026
Yarımfinal
14 iyul

23:00. İspaniya – Fransa 1:0

Qol: Oyarzabal, 22 (pen) 

Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Tçuameni, Rabyo, Dembele, Olize, Barkola, Mbappe

İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Fabian Ruis, Baena, Dani Olmo, Lamin Yamal, Oyarzabal