Konfrans Liqası: “Samsunspor” Skopye səfərində - YENİLƏNİR
20.02.2026 - 00:00
Konfrans Liqası: “Samsunspor” Skopye səfərində - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, Türkiyənin turnirdə təmsilçisi "Samsunspor" Şimali Makedoniyada meydana çıxacaq.

Komanda Skopyedə "Şkendiya" ilə üz-üzə gələcək.

Finlandiyada reallaşacaq "KuPS" - "Lex" qarşılaşmasını isə Əliyar Ağayevin rəhbərliyində azərbaycanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, cavab matçları fevralın 26-da baş tutacaq.

UEFA Avropa Konfrans Liqası. 
Pley-off mərhələsi. İlk oyunlar

21:45. "Jrinski" (Bosniya) – "Kristal Pelas" (İngiltərə) 1:1
21:45. "Noah" (Ermənistan) – AZ (Niderland) 1:0
21:45. "Siqma" (Çexiya) – "Lozanna" (İsveçrə) 1:1
21:45. "KuPS" (Finlandiya) – "Lex" (Polşa) 0:2
00:00. "Yagelloniya" (Polşa) – "Fiorentina" (İtaliya)
00:00. "Şkendiya" (Şimali Makedoniya) – "Samsunspor" (Türkiyə)
00:00. "Drita" (Kosovo) – "Çelye" (Sloveniya)
00:00. "Omoniya" (Kipr) – "Riyeka" (Xorvatiya)