"Qalatasaray" 1/8 finala çətin qələbə ilə çıxdı
23.12.2022 - 00:16
"Qalatasaray" Türkiyə Kubokunda 1/8 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Keçiörəngücü"nü çətinliklə məğlub edib – 1:0.
41-ci dəqiqədə İsveçrə millisinin hücumçusu Haris Seferoviç penaltini qola çevirə bilməyib. "Sarı-qırmızılılar"ın yeganə qoluna 82-ci dəqiqədə fransalı hücumçu Befetimbi Qomis imza atıb.
Qeyd edək ki, "Qalatasaray" bundan əvvəlki mərhələlərdə "Kastamonuspor"u 7:0 və "Ofspor"u 2:1 məğlub etmişdi.
- FIFA-nın xəbərdarlığı işə yaradı: 7 federasiya “One Love”dən imtina etdi
- Güləşçilərimiz Avropa çempionatında bürünc medal qazanıb
- Regekampf: "Yaxşı pulun olsa da, komandan yaxşı olmaya bilər"
- Ağasəlim Mircavadov: “Onlar nüfuz üçün Millətlər Liqasını qazanmalıdır”
- Çalhanoğlu addım-addım "Qalatasaray"a
0
0