Azərbaycan kikboksçusu yunan rəqiblə döyüşəcək
19.06.2024 - 17:32
Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, 30 yaşlı idmançı "Fight for Honor XII" çərçivəsində qüvvəsini sınayacaq.
"Professor" ləqəbli Nəbiyev Yunanıstan təmsilçisi Kostas Makedoniadislə qarşılaşacaq. Döyüş iyunun 29-da baş tutacaq.
Qeyd edək ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə təşkil olunacaq.
- “Böyük Dəbilqə”də 19 cüdoçumuz mübarizə aparacaq
- Uinston Parks: "Lənkəranda olduğum vaxtlar həyatımın ən gözəl anlarından idi" - Müsahibə
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- “Adana Demirspor” üçün ağır cəza - komandanın xalı mənfiyə düşdü
- "Napoli"nin futbolçusuna Türkiyədən təklif var
0
0