Millimizin üzvü oynamadı, komandası bir xal qazandı
09.11.2025 - 09:28
Millimizin üzvü oynamadı, komandası bir xal qazandı

Polşada futbol üzrə ölkə çempionatının XV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rənat Dadaşovun çıxış etdiyi “Motor” (Lyublin) evdə “Visla” ilə 1:1 hesablı heç-heçə edib.

Dadaşov bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.

Qeyd edək ki, hazırda “Motor” 16 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.