Norveç millisinin şahmat Olimpiadası üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, dünya reytinqinin lideri Maqnus Karlsen yığmanın heyətinə daxil edilməyib.
16-cı dünya çempionu Səmərqənddə keçiriləcək şahmat olimpiadasında iştirak etməyəcək.
Norveçi açıq turnirdə Yuhan-Sebastyan Kristiansen, Elham Amar, Frode Olav Ulsen Urkedal, Tor Fredrik Kaasen və Aksel Bu Kvalöy təmsil edəcəklər.
Dünya şahmatının aparıcı simalarından biri olan Fransa millisinin birinci nömrəsi Əlirza Firuzca da olimpiadanı buraxacaq.
Turnirin açılış mərasimi sentyabrın 15-də baş tutacaq. Yarış sentyabrın 16-dan 27-dək davam edəcək.
- Ağlayaraq oyundan çıxdı: 4 ay olmayacaq
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- "Kəpəz"in portuqaliyalı qapıçısı: "Qarabağ" "Benfika" ilə düşsə... " - Müsahibə
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- "Qalatasaray"da prezident seçkilərinin tarixi açıqlanıb