"Bavariya" keçmiş futbolçusu Xabi Alonsonu baş məşqçi təyin etmək arzusundadır.
Apasport.az “The Athletic” nəşrinə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis “Bavariya”nın baş məşqçi postuna prioritet namizəddir.
"Bavariya" Almaniya millisinin baş məşqçisi postunda uğursuzluğa düçar olmuş Hans-Diter Flikin namizədliyinə şübhə ilə yanaşır. Hazırkı baş məşqçi Tomas Tuxelə gəlincə, almaniyalının növbəti mövsümdə klubda qalması ehtimalı azdır.
Xatırladaq ki, Alonsonun rəhbərliyi altında "Bavariya" hazırda Bundesliqanın turnir cədvəlinə lider "Bayer"dən 8 xalla geridədir.
Qeyd edək ki, Leverkuzen klub tarixində heç vaxt Almaniya çempionu olmayıb.
- "Levski" - "Sabah" matçının biletləri satışa çıxarıldı
- “Turan Tovuz”un seriyası qırıldı - YENİLƏNİB
- İngiltərə millisinin veteranı siyasi çıxışına görə BBC-dən uzaqlaşdırıldı
- Şüvəlanda ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək
- Bakıda voleybol üzrə I və II dərəcəli məşqçi kursları keçiriləcək