Super Liqa komandalarından “Kayserispor”un yeni baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kayserispor" Zaqreb "Dinamo"sunu çalışdıran Sergey Jakiroviçlə 1,5 illik müqavilə imzalayıb.
Ötən ilin sentyabrında Zaqreb “Dinamo”su ilə yollarını ayıran 48 yaşlı mütəxəssis karyerası boyunca “Sesvete” (Xorvatiya), “Qorica” (Xorvatiya), “Maribor” (Sloveniya), “Zrinjski Mostar” (Bosniya və Herseqovina) və “Riyeka” (Xorvatiya) kimi komandaları çalışdırı b.
Qeyd edək ki, “Kayserispor” Türkiyə çempionatının XXI həftəsində “Sivasspor”a səfərdə 5:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi Sinan Kaloğlu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
- İspaniya millisinin üzvü “Arsenal”ın maraq dairəsində
- Millimiz Lüksemburqa uduzdu - qrup sonuncusu oldu
- Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür etdi - VİDEO
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Vüsal qol vurdu, komandası qalib gəldi - VİDEO