Karlo Ançelotti "Real"da qaldı
29.12.2023 - 16:47
“Real”da baş məşqçi söhbətinə nöqtə qoyulub.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi baş məşqçi Karlo Ançelottinin müqaviləsini 2026-cı ilə qədər uzadıb.
Tərəflər qış fasiləsinə yola düşməzdən əvvəl razılığa gəliblər. Milad bayramı öncəsi italiyalı mütəxəssis klub rəhbərliyi ilə görüşərək razılaşmanın detallarını dəqiqləşdirib.
Qeyd edək ki, “Don Karlo” 2021-ci ilin iyul ayından “qalaktikos”un sükanı arxasındadır. 64 yaşlı mütəxəssisin klubla razılaşması mövsümün sonunda başa çatırdı.
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- "Araz-Naxçıvan" kapitanı ilə yollarını ayırıb - RƏSMİ
- Azərbaycan millisi yenə məğlub oldu - YENİLƏNİB
- Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıb
- “Sabah” azarkeşlərinə şad xəbər – ÇL oyunları üçün VIP biletlər satışda
0
0