Karlos Vela klub sahibi oldu
12.03.2026 - 12:51
"Arsenal"ın sabiq futbolçusu Karlos Vela klub sahibi olub.
Apasport.az xəbər verir ki, o, "Los Anceles Qalaksi"nin sahibləri sırasına qatılıb.
Bunu MLS təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Vela həmçinin klubun səfiri olaraq da çalışacaq.
Meksika millisinin sabiq futbolçusu daha öncə Los Anceles klubunun şərəfini də qoruyub. O, 2017-ci ildə komandaya transfer olunub və 2019-cu ildə turnirin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Karlos karyerası ərzində "Arsenal", "Selta", "Salamanka", "Osasuna", "Vest Bromviç" və "Real Sosyedad"da çıxış edib.
- III MDB Oyunları: Azərbaycan cüdoçuları 22 medal qazandılar
- “Yunayted”in hücumçusu “Milan”ın radarında
- Millimizin üzvü: “İslamiada və AVRO-2023-ün təsnifatında yaxşı çıxış edəcəyik”
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Dani Alves: “Dani Alves çox güclü görünür”
0
0