“Yunayted”in hücumçusu “Milan”ın radarında
10.08.2025 - 13:55

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Milan” 22 yaşlı futbolçunu transfer etmək niyyətindədir.
Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
A Seriyası təmsilçisi danimarkalı hücumçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Hoylund 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxış etdiyi 52 rəsmi matçda 10 qol və 4 assistlə yadda qalıb.
0
0