"Neftçi" Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Saşa iliç oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslarından istifadə etmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldur da, belə şeylər olur".
- Futbolçu kimi "Neftçi"yə qarşı oynamışdınız. Bu dəfə baş məşqçi kimi "Neftçi"yə rəqib oldunuz...
- Bəli, əvvəl futbolçu kimi oynamışdım. Bir dəfə təsnifat mərhələsində və qrup mərhələsində. Həmin görüşlər fərqlidir. Oyunçu və məşqçi kimi deyirəm. "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir.
- Son iki matçda "Sumqayıt"ın oyununda eniş var. Bunu özünüz görürsüz və nə deyərdiz?
- Mən belə fikirləşmirəm. Çünki bəzi səhvlərimiz oldu və qolları ondan sonra buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq.
- Ən çox hansı epizoda təəssüfləndiniz? Aleksander Ramalinqomun iki qol epizodu oldu...
- Elə qeyd etdiyiniz qol epizodları var idi. Üç vuracağımız epizod oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.
- Maksim Medvedev: “Yeni tarix yazmağa hazırıq”
- Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimi keçirilib
- EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
- Rail Məlikov: "Millinin baş məşqçisinin avtoriteti, ağırlığı olmalıdır"
- Türkiyənin DÇ oyunlarına getmək istəyənlər üçün: BİLET QİYMƏTLƏRİ