
“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün cavab matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri Sloveniyada “Selye”nin qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Komandalar arasında Bakıda baş tutan qarşılaşmada “Selye” "Sabah"ı 3:2 hesabı ilə məğlub etmişdi.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
22:00 "Selye" (Sloveniya) – "Sabah" (Azərbaycan)
İlk oyun 3:2
Baş hakim: Draqomir Draqanov
Baş hakimin köməkçiləri: Xristo Hadziyski, Krasimir Atanasov
Dördüncü hakim: Martin Jivkov Velikov
VAR: Vasimir El-Hatib
AVAR: Volen Çinkov