Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva bu gün döşək üzərinə çıxıb.
Təmsilçimiz finalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb və rəqibini məğlub edərək qızıl medalın sahibi olub.
****
13:30
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 70 kq çəki dərəcəsində döyüşən Südabə Ağayeva döşək üzərinə çıxıb.
Təmsilçimiz 1/4 final mərhələsində Səudiyyə Ərəbistanı idmançısı Fay Əl-Slbudla qarşılaşıb. İdmançımız bu görüşdə rəqibinə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
- Çingiz Hüseynzadə: “Konyada qazandığımız medal sayını geridə qoyacağıq”
- Paulo Quimbila “Qəbələ”də - RƏSMİ
- “Fənər” yetirməsini geri qaytarıb - RƏSMİ
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”