“Fənər”in forvardı “Yuventus”un radarında
17.01.2026 - 16:53
“Fənər”in forvardı “Yuventus”un radarında

“Fənərbaxça”nın forvardı Yusif En-Nesri karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Yuventus” yaxından maraqlanır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, “qoca sinyora” futbolçu üçün “sarı-lacivərtlilər”ə mövsümün sonunadək satınalma şərti ilə icarə təklifi göndərib.

Xatırladaq ki, En-Nesri 2024-cü ilin yayında “Sevilya”dan 19,5 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunmuşdu.

Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.