"Həftə ərzində oyunçularımıza rəqibin üstün və zəif tərəflərini göstərmişdik. Onları təbrik edirəm. Göstərişlərə əməl etdilər. Birinci hissədə qol epizodlarımız çox idi. İstifadə edə bilmədik. İkinci yarıda oyun bir az bərabərləşdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bildik".
Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 25-ci turunun "Araz-Naxçıvan"la oyunundan (2:0) sonra "Sabah"ın məşqçisi Ruslan Qafitullin deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Sizin "Sabah"ın məşqçisi kimi son oyununuz olduğunu düşünmək olar?
- Yeni baş məşqçi ilə bağlı mənim məlumatım yoxdur hələ. Nəsə deyə bilmərəm.
- Hakimliyi necə şərh dəyərləndirərdiniz
- Hakimlərdən danışmağı xoşlamıram. Bəzi məqamlarda narazı idik. Rəqibin cərimə meydançasında futbolçumuza açıq ayaqla vurdular.
- FIA 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb
- Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
- "Fulhem"in futbolçusu İstanbul nəhəngində
- İkardi komanda ilə məşqlərə başladı
- Birinci vitse-prezident Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib