DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.
Apasport.az AFFA-ya istinadən xəbər verir ki, öncə mətbuat önünə İslandiya millisinin baş məşqçisi Arnar Gunnlaugsson çıxacaq.
Ayxan Abbasovun məbuat konfransı isə 19:30-da baş tutacaq.
12 noyabr
İslandiya milli komandası
16:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
17:15. Mətbuat konfransı
Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
- "Qarabağ" və "Sabah" azarkeşlərinə görə ziyana düşüb
- Güləşçilərimiz Dünya seriyasında 1 qızıl və 1 bürünc medal qazanıblar
- Sabiq "Fənərbaxça"lı 2 il futboldan uzaqlaşdırıldı
- "Milan" Hernandezi 30 milyon avroya satacaq
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"