Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə pumse üzrə açıq dərs və demo üzrə (nümunəvi çıxış) milli komandanın üzvlərinin nümunəvi çıxışları baş tutub.
Apasport.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında, açıq havada keçirilən tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Pumse və demo üzrə milli komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi altında keçirilən pumse üzrə açıq dərsin ardınca demo komandasının üzvləri tatami üzərində bacarıqlarını nümayiş etdiriblər.
Akrobatik elemetlərlə zəngin tullanma zərbələri, çevik hərəkətlər və musiqi ilə sinxron təqdim edilən çıxışlar tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin təşkilində məqsəd gənclər arasında taekvondoya marağın artırılmasına və sağlam həyat tərzinin təbliğinə töhfə vermək olub.
- KL: “Başakşehir” evdə darmadağınla növbəti tura yüksəlib - YENİLƏNİB
- Barış Alper Yılmaza Avropadan elçilər: Getmək istəyir
- Talişka "Fənərbaxça"da qalacaq: Danışıqlar davam edir
- "Fənərbaxça" lotereya qazandı: Transfer qiyməti ilə tarixə düşəcək
- “Beşiktaş” azarkeşləri “Trabzonspor”la matça buraxılmayacaq