Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib.
Apasport.az xəbər verir ki, Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klub rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb.
Görüş zamanı Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib. Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır.
Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.
- Latviya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb
- "Bavariya" ardıcıl 17-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib
- Türkiyə millisinin heyəti açıqlanıb
- "Qalatasaray"ın yeni kapitanı bəlli oldu - Okan Burukdan açıqlama
- Brazilya millisinin və "Barselona"nın sabiq üzvü karyerasını bitirib