Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Apasport.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
- “Fənərbaxça” Musaba üçün hərəkətə keçdi – Tedesko şəxsən istəyib
- "Fənərbaxça" Bundesliqadan müdafiəçi transfer edəcək
- “Bavariya” Bundesliqada yeni rekorda imza atıb
- Zədəli futbolçular üçün son sınaq: Duran və Ederson "Ştutqart" matçında oynaya bilər
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq