Zamiq oynadı, komandası qalib gəldi
06.03.2025 - 10:54
Albaniyada ölkə çempionatının XXVIII turunun bir sıra oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” "Dinamo" (Tirana) ilə qarşılaşıb.
Qarşılaşma "Eqnatiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Əliyev matça əlavə olunmuş dəqiqələrdə əvəzlənib.
Qeyd edək ki, hazırda "Eqnatiya" 52 xalla liderliyini davam etdirir.
- Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub
- Gimnastların Bakı birinciliyi başa çatıb
- "Qurban Qurbanovdan nə istəyirlər? Pusquda gözləyirlər..."
- "Yuventus" Kenan Yıldız üçün böyük təklifi rədd edib
- Türkiyədə mərc qalmaqalı böyüyür: 108 məşqçi və 105 menecer PFDK-ya göndərilib
0
0