"Barselona" - "İnter" matçı təxirə salına bilər
29.04.2025 - 10:18

Çempionlar Liqasının yarımfinalı çərçivəsində baş tutacaq "Barselona" - "İnter" matçı təxirə salına bilər.
Apasport.az "Daily Express"ə istinadla xəbər verir ki, bunun səbəbi İspaniyada elektrik enerjisində kəsinti olmasıdır.
Milan klubu bu gün İspaniyaya yola düşəcək. Oyunun təxirə salınma riski olduğu üçün italyanların səfəri təxirə düşə bilər.
Qeyd edək ki, "Barselona" - "İnter" cütü arasında ilk qarşılaşma aprelin 30-da, Bakı vaxtilə saat 23:00-da başlamalıdır.
- Cüdo üzrə Azərbaycan millisi dünya çempionatına hazırlıqları Bakıda davam etdirir
- Premyer Liqa: “Neftçi” – “Səbail” matçının vaxtı bəlli olub
- Vardi İspaniyanın məşhur klubuna keçə bilər
- "Neftçi"nin keçmiş baş məşqçisi Super Liqa klublarının radarına düşüb
- "Bavariya" Premyer Liqada yeni cinah müdafiəçisi tapıb
0
0