Özbəkistanlı boksçular Bakıda hazırlıq keçəcəklər
03.05.2025 - 16:42
Özbəkistanın yeniyetmə boksçuları təlim-məşq toplanışı keçmək üçün Bakıya gəliblər.
Apasport.az xəbər verir ki, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək.
Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.
- "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- Tarixdə bu gün: 1998 Dünya Kubokunda dramatik qələbə - VİDEO
- İlkay Gündoğan: “Siti" ilə qarşılaşma mənim üçün qəribə olacaq"
- Dörd boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
- "Fənərbaxça" - "Trabzonspor" matçının hakimi bəlli olub
0
0