Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanda keçirilən dünya çempionatında qazandığı bürünc medalı dəyərləndirib.
Apasport.az xəbər verir ki, milli üzvü bu barədə Cüdo Federasiyasının mətbuat xidmətinə danışıb:
“Təəssüratlarım əladır. Çox sevincliyəm və xoşbəxtəm. Bu medal mənim üçün çox dəyərlidir. Mənə görə, bu, qızıl medala bərabərdir. Çünki bu, dünya çempionatlarında qazandığım ilk medaldır. Məşqçilərlə birlikdə plan hazırladıq və bu uğurla işə yaradı. Hesab edirəm ki, yaxşı iş gördük. Bürünc medal uğrunda görüş yaxşı keçdi və qələbə qazandım. Yarımfinalda qələbə qazanmaq imkanım var idi. Amma belə alındı. Elə oldu ki, rəqibim məni üstələdi”.
O, gələn il Bakıda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaq istədiyini bildirib:
“Növbəti il dünya çempionatı Bakıda keçiriləcək və qızıl medal qazanmaq üçün bütün imkanları dəyərləndirəcəm”.
- "Çelsi" "Yuventus"dan forvard almaq istəyir
- Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
- İngiltərə nəhəngi Kenan Yıldız üçün 100 milyon ödəməyə hazırdır
- Kamran Əliyev: "Bu sualın cavabını yalnız Fernandu Santuş bilir"
- Okan Buruk: "Yorğunluğumuz bizi geri çəkilməyə məcbur etdi"