"Real Madrid"in hücumçusu Kilian Mbappe növbəti dəfə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
Apasport.az xəbər verir ki, ötən gün keçirilən oyunda Madrid təmsilçisi "Vilyarreal" üzərində 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmada 27 yaşlı fransız futbolçu dubla imza atıb.
Statistikaya görə, Mbappenin qol vurduğu 21 oyunun 19-da “Real Madrid” qələbə qazanıb. Hücumçunun fərqlənə bilmədiyi 11 qarşılaşmada isə paytaxt klubu cəmi 4 qələbə əldə edib, 2 heç-heçə və 5 məğlubiyyətlə üzləşib.
Hazırda La Liqanın turnir cədvəlində 51 xalla birinci yerdə qərarlaşan “Real Madrid”i 2 xal geridə olan "Barselona" izləyir.
- Neymar: "İlk dəfədir ki, psixoloji yardım axtarmaq məcburiyyətində qalıram"
- “Neftçi” “Sabah” səfərindən xalsız qayıdır - YENİLƏNİB
- Şükürov sərt danışdı: "O bisavadlar uşaqlara nə öyrədəcəklər?" - Açıqlama
- Keyn Bundesliqada rekord qırdı: 60 illik tarixi göstərici
- "Barselona" Niko Uilyamsı "qara siyahı"ya salıb