Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
29.05.2025 - 16:16
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 13 yaşadək idmançılar bacarıqlarını göstərirlər.
Kütləviliyi ilə seçilən birincilikdə paytaxt təmsilçiləri ilə yanaşı, müxtəlif şəhər və rayonların seçmə komandaları, idman klubları, idman məktəblərindən 100-dək stolüstü tennisçi mübarizəyə qatılıb.
“Şüa” İdman Kompleksində şəxsi, qoşa və qarışıq-qoşa növləri üzrə keçirilən ölkə birinciliyinə mayın 31-də yekun vurulacaq.
- Şeşko uğrunda mübarizədə “Arsenal”ın ciddi rəqibləri var
- Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı
- “Barselona”nın növbəti mövsüm üçün səfər forması məlum oldu - FOTO
- "Mançester Siti" Fodenlə bağlı qərar verib
- Brazilya millisinin və "Barselona"nın sabiq üzvü karyerasını bitirib
0
0