7 il sonra "Borussiya"nı tərk etdi
17.07.2025 - 18:25
Mərkəz hücumçusu Alassan Plea "Borussiya Münhenqladbax"ı tərk edib.
Aapasport.az xəbər verir ki, bundan sonra fransız Niderlandın PSV klubunda çıxış edəcək.
Müqavilə üç il müddətinə imzalanıb və Eyndhoven klubu artıq oyunçu üçün "Borussiya"ya 3 milyon avro məbləğində təzminat ödəyib.
Plea 7 il əvvəl "Nitsa"dan "Borussiya"ya keçib.
Transfermarkt PSV-nin yeni oyunçusunu 5 milyon avro olaraq qiymətləndirir.
- "Futbol mərcləri"ndə yeni həbslər: Erden Timur da saxlanıldı - YENİLƏNİB
- "Yuventus" Kenan Yıldıza ildə 6 milyon ödəməyə hazırdır
- "Real Madrid" daha bir futbolçu ilə müqavilə imzalayacaq - yayın son transferi
- İslam Həmrəyliyi Oyunları: Günün proqramı
- Dursun Özbek: "Bu cür problemlər bir daha yaşanmayacaq"
0
0