Adı "Fənərbaxça" ilə hallanan Vlahoviç karyerası ilə bağlı qərar verib
08.06.2025 - 12:35
"Fənərbaxça"nın transfer gündəmində olan Duşan Vlahoviç gələcək karyerası ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "sarı-lacivərdlilər" futbolçu üçün "Yuventus"a 30 milyon avro transfer haqqı və 10 milyon avro maaş təklif etsə də, Vlahoviç İtaliyada qalmağa üstünlük verəcək.
Serbiyalı hücumçu karyerasını "Milan"da davam etdirmək istəyir.
Bu mövsüm 41 rəsmi matçda meydana çıxan 24 yaşlı forvard mövsümü 15 qol və 5 məhsuldar ötürmə ilə başa vurub.
- "Qalatasaray" Osimhendən sonra Edersonu da İstanbula gətirir - Detallar
- Vasili Berezutski: "Bizim istəyimizə uyğun futbolçu deyillər"
- Türkiyə millisinin heyətində dəyişiklik olub
- Macarıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb
- Acun Ilıcalıdan iddialı açıqlama: “Premyer Liqaya yüksəlsək..”
0
0