"Arsenal" iki ulduz hücumçu arasında seçim edəcək
23.05.2025 - 09:58
Londonun "Arsenal" klubu qarşıdan gələn transfer pəncərəsində heyətini ən yaxşı hücumçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "topçuların" hazırkı iki prioritet hədəfi "Leysiq"dən Benjamin Şeşko və "Sportinq"dən isə Viktor Qyökereşdir.
London nəhəngləri hər iki namizədi diqqətdə saxlayır.
"Transfermarkt" portalı Şeşkonun transfer dəyərini 65 milyon, Qyökereşin qiymətini isə 75 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Arsenal" Premyer Liqanın ikinci pilləsində qərarlaşıb.
- Zaur Hacı-Məhərrəmov "Ayntraxt" - "Atalanta" matçına təyinat alıb
- Çalhanoğlu Premyer Liqaya keçə bilər
- "Ayaks"dan Tadiç açıqlaması: "Hər ehtimalı dəyərləndirə bilərik"
- Mert Hakan Yandaşdan mərc etirafı: "Bunu kimin hesabı ilə etdiyimizi xatırlamıram"
- Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb
0
0