"Ayaks"ın müdafiəçisi "Liverpul"a keçə bilər
17.06.2025 - 09:18

Premyer Liqa klublarından "Liverpul" 19 yaşlı niderlandlı Jorrel Hato ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
"Arsenal" da futbolçunun xidmətində maraqlı olsa da, Hato "Liverpul"la müqavilə imzalamağa yaxındır. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub.
Transferin "Liverpul"a 50 milyon avroya başa gələcəyi gözlənilir.
Hato ötən mövsüm 50 oyunda meydana çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.
- Avropa Kuboku yenidən Göygöldə keçiriləcək
- Sərbəst güləşçilərimiz Avropa çempionatına Qaxda hazırlaşır
- Azərbaycan kikboksçuları Lavtiyada öz güclərini sınayacaqlar
- Azərbaycan kuboku: Finalın oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib
- "Bavariya" və "Çelsi" "Atletiko"nun futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır
0
0