"Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır
27.05.2025 - 15:38
"Bayer Leverkuzen"in futbolçusu Conatan Tah "Bavariya"ya keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
29 yaşlı müdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. "Bavariya" ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bu həftə Ta tibbi müayinədən keçməlidir və bundan sonra o, rəsmi olaraq Münhen nəhənginin futbolçusu olacaq.
Qeyd edək ki, Conatan 2015-ci ildən “Bayer”də çıxış edir. O, klubda 402 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə verib.
- Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib
- Tarixdə bu gün: 1998 Dünya Kubokunda dramatik qələbə - VİDEO
- Bəhlul Mustafazadə: "Titullarımızın sayını artırmaq istəyirik"
- "Mançester Siti" braziliyalı futbolçu ilə anlaşıb
- "İnter"in qapıçısı "Barselona" ilə oyunun ən yaxşısı seçilib - VİDEO
0
0