"Bavariya" Premyer Liqada yeni cinah müdafiəçisi tapıb
23.05.2025 - 08:35
"Bavariya" Premyer Liqada yeni cinah müdafiəçisi tapıb

"Brayton"un cinah oyunçusu Kaoru Mitoma "Bavariya"nın radarına düşüb.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Münhen nəhənginin skautları yapon oyunçunun canlı çıxışını izləmək üçün bir neçə dəfə İngiltərəyə yollanıblar.

"Bavariya" hazırda 28 yaşlı futbolçunu yayda transfer etməyi düşünür. Bundesliqa çempionu futbolçu üçün 40-45 milyon avro ödəyəcək.

Mitoma cari Premyer Liqada 35 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun "Brayton"la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.