"Beşiktaş"dan Moskva klubuna
31.07.2025 - 20:22
Türkiyə təmsilçilərindən "Beşiktaş" futbolçusu Gedson Fernandesin Rusiya klubuna keçidini açıqlayıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Moskva "Spartak"ına keçib.
Rusiya klubu Gedson Fernandesin transferi üçün "Beşiktaş"a 20 milyon 779 min 220 avro ödəyəcək. “Ağ-qaralar” həmçinin Moskva “Spartak”ından əlavə 7 milyon 272 min 729 avro şərti bonus alacaq.
Qeyd edək ki, "Benfika"nın yetirməsi karyerasına Türkiyədə "Qalatasaray"da oynayaraq başlayıb.
- Arda Turanın komandasından darmadağın: "Beşiktaş"la rəqib ola bilər
- Ali Koç "Qalatasaray"ın Osimheni almasına razılıq verib
- "Fənərbaxça" rəhbərliyindən bənzəri görülməmiş mükafat: 5 milyon avro
- Dünya çempionatının püşkatma mərasimi Bakıda keçiriləcək - Rəsmi
- Erlinq Halanddan yeni rekord: Premyer Liqada 20 qol, Avropada liderlik
0
0