Hazırda Səudiyyə Ərəbistanı çempionatında çıxış edən və vaxtilə “Çelsi”nin formasını geyinmiş Eduard Mendi “Əl-Əhli” ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Seneqallı qapıçı ilə imzalanan yeni müqavilə 2028-ci ilin ortalarına qədər qüvvədə olacaq. Beləliklə, Mendi ən azı daha üç il Səudiyyə Ərəbistanı təmsilçisinin şərəfini qoruyacaq.
Xatırladaq ki, Eduard Mendi iki il əvvəl “Əl-Əhli”yə transfer olunmuşdu. Təcrübəli qolkiper Səudiyyə Ərəbistanı millisinin heyətində 92 oyunda meydana çıxıb, bu görüşlərdə 94 qol buraxıb və 39 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” portalının məlumatına görə, seneqallı qapıçının hazırkı bazar dəyəri 5 milyon avro olaraq qiymətləndirilir.
- "Adana Demirspor"un sabiq prezidenti barəsində həbs qərarı verilib
- Stefan de Vrey “İnter”dən ayrıla bilər – danışıqlar dayandırıldı
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- Quti Hernandez: "Ardanın "Real Madrid"dəki karyeramı keçəcəyinə əminəm"
- Sabiq "Neftçi"li Birinci Liqa klubunda