TFF-dən "Qalatasaray"a tarixi cəza
12.12.2025 - 10:17
Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray” klubuna tarixi məbləğdə cəza tətbiq edib.
Apasport.az xəbər verir ki, bu barədə TFF-nin İntizam Komitəsi qərar verib.
Belə ki, “Qalatasaray” 5,2 milyon, klubun vitse-prezidenti Abdullah Kavukcu isə 3 milyon lirə cərimələnib.
Bununla da ümumi cəza məbləği 8,2 milyon lirə təşkil edib.
Bundan əlavə, Abdullah Kavukçu 45 gün futboldan uzaqlaşdırılıb.
Qərarın intizam qaydalarının pozulması ilə bağlı olduğu bildirilir.
- Elçin Məmmədov “Fənərbaxça” – “Reyncers” matçına təyinat alıb
- Millimizin Çexiya ilə səfər oyununun yeri bəlli olub
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
- Benjamin Şeşko “Mançester Yunayted”də məşqlərə qayıdıb
- "Fənər" evdə məğlub oldu, AL-də günün nəticələri - YENİLƏNİB
0
0