Əfsanəvi hücumçu Yan Raş reanimasiyaya yerləşdirilib
15.12.2025 - 10:15
“Liverpul”un əfsanəvi hücumçusu Yan Raşın səhhətində ciddi problem yaranıb.
Apasport.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, keçmiş futbolçu ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib və təxminən 48 saat süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalıb.
Məlumata görə, hazırda Raşın vəziyyəti stabilləşib və o, sağalma prosesinə başlayıb.
Xatırladaq ki, Yan Raş futbolçu karyerası ərzində ümumilikdə 15 il “Liverpul”un formasını geyinib. O, bir mövsüm İtaliyanın “Yuventus” klubunda çıxış edib. Raş həmçinin XXI əsrin əvvəllərində “qırmızılar”ı qısa müddətə çalışdırıb.
- Fernandu Santuşun mətbuat konfransı keçiriləcək
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- Arda Turanın komandası Avropa Liqasının ev oyunlarını Sloveniyada keçirəcək
- Prezident Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayırıb
- "Barselona" müdafiəçi üçün 30 milyon avro təklif edəcək
0
0