Immobile "Bolonya"da
10.07.2025 - 21:21
Məşhur italyan futbolçu Çiro İmmobile "Bolonya" ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.
İmmobile 1 mövsümlük müqavilə imzalayıb.
Onun maaşı 1,8 milyon avro olacaq və bonuslar da nəzərə alınmaqla, məbləğ 2 milyona qədər arta bilər.
Ötən mövsüm 35 yaşlı hücumçu Türkiyənin "Beşiktaş" klubunda çıxış edib. O, bütün turnirlərdə 41 matçda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Seneqallı forvard "Qarabağ"a qayıdır? - Fransa klubu ilə müqaviləsi bitir
- Erol Bulutdan şok açıqlama: "Taktikamızı rəqibə ötürənlər var"
- Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər
- “Mançester Yunayted” “Nottingem Forest”in futbolçusu ilə maraqlanır
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
0
0