İngiltərə Premyer Liqasının 8-ci həftəsində "Nottingem Forest"in ev sahibliyi edəcəyi matçdan əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi "Çelsi"nin baş məşqçisi Enzo Mareska jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, Mareska zədə səbəbindən bir müddətdir meydana çıxa bilməyən komandanın ulduzu Koul Palmerin son durumuna aydınlıq gətirib.
İtalyan menecer Palmerin zədəsinin gözlənildiyindən daha uzun sürəcəyini və onu ən azı 6 həftə meydandan kənarda saxlayacağını açıqlayıb:
"Biz bacardığımız qədər Koulu qorumağa çalışırıq və ən əsası o, qayıdanda tam hazır olmalıdır. Yəqin ki, bizə 6 həftə lazım olacaq. Ümid edirik ki, 6 həftə kifayət edəcək".
Bu mövsüm Premyer Liqada cəmi 3 matçda meydana çıxan ulduz futbolçu 1 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.
- "Fənərbaxça"nın transferi ingilisləri heyrətə saldı: Trossardın transferi tamamlanıb
- "Beşiktaş"dan Moskva klubuna
- "Turan Tovuz” rekordunu təkrarlayıb
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- Suarez "İnter Mayami" - "Palmeyras" matçının ən yaxşı oyunçusu seçilib