"Mançester Yunayted" Türkiyə millisinin üzvü ilə yolları ayırır
21.05.2025 - 14:23

"Mançester Yunayted"in qapıçısı Altay Bayındır komandadan ayrıla bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə millisinin üzvü gələn yay satılacaq.
“Qırmızı şeytanlar” rəhbərliyi start heyətində yer almaq üçün Onana ilə rəqabət apara biləcək daha bir qapıçı ilə müqavilə imzalamağı planlaşdırır.
Altay Bayındır bu mövsüm "Mançester Yunayted"in heyətində 9 oyun keçirib və 18 qol buraxıb.
"Transfermarkt" 27 yaşlı qolkiperin dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
- İslandiyalı yarımmüdafiəçi "Roma"nın hədəfində
- Yeniyetmə cüdoçular arasında Liqa yarışının II turu start götürüb
- Maqsud Adıgözəlov: "Nəticələrdən narazıyıq, Berezutskidən yox"
- "Fənərbaxça" Şkrinyarla danışıqları davam etdirir
0
0