Kurtua DÇ rekordunu təkrarlayıb
23.06.2025 - 09:39
"Real Madrid"in qapıçısı Tibo Kurtua klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunun "Paçuka" ilə oyununun qəhrəmanlarından biri olub.
Apasport.az xəbər verir ki, Meksika klubu qapıya 25 zərbə endirib, ancaq Kurtuanı cəmi 1 dəfə məğlub edə bilib.
Belçikalı 10 zərbənin qarşısını alıb.
Bu, "Benfika" ilə matçda 10 seyv edən, Natan Qarrou ilə birlikdə cari Dünya çempionatında ən yüksək göstəricidir.
- İslam Həmrəyliyi Oyunları: Günün proqramı
- "Çelsi"nin hücumçusu klubunu dəyişə bilər
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- Şahin Diniyev: ""Neftçi" yığdığı heyətə görə nəyəsə nail ola bilər"
- "Torino" icarə əsasında komandada çıxış edən müdafiıçini transfer edib
0
0