"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Lionel Messinin rekordunu təkrarlamağa yaxındır.
Apasport.az xəbər verir ki, fransız futbolçu hazırda La Liqada 519 oyun keçirib.
Bundan öncə "Barselona"nın şərəfini qoruyan Lionel Messi İspaniya çempionatında ən çox çıxış edən əcnəbi futbolçu olub - 520 matç.
Beləliklə, Qrizmann bu gün “Barsa"ya qarşı matçda meydana çıxarsa, argentinalının rekordunu təkrarlayacaq.
"Atletiko" - "Barsa" görüşü Bakı vaxtilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Qrizmann matçlarının əksəriyyətini - 519-dan 304-də "Atletiko" forması geyinib. Təcrübəli futbolçu “Real Sosyedad”da 141, “Barselona”da isə 74 oyun keçirib.
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"
- Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib
- Şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Cüdo məşqçilərinin ümumrespublika seminarı keçirilib