"Azərbaycanla qarşılaşmada meydanda olmaq istəyirəm".
Apasport.az xəbər verir ki, Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
"Sabah oynamaq istəyirəm, məşqçi də mənim oynamağımı istəyir. Düşünürəm ki, ciddi bir problem olmayacaq. Bu gün komanda ilə məşq edəcəyəm, bu, son sınaq olacaq. Amma xüsusi bir narahatlığım yoxdur və dünya çempionatına doğru yoluma davam etməyi planlaşdırıram".
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- "Qarabağ" istədiyi oyunçunu gətirə bilmirsə, "Turan" neyləsin? - Ağasəlim Mircavadov
- Bernd Ştange Peşəkar Futbol Liqasının qonağı oldu
- İslam Oyunları: Fidan Əlizadə Özbəkistan təmsilçisinə məğlub oldu
- "Qarabağ" Qazaxıstan yığması ilə heç-heçə edib
- Birinci Liqa: "Qəbələ" və "İmişli"dən qələbə - YENİLƏNİB