"Napoli" "Yuventus"un futbolçusu üçün 25 milyon ödəyəcək
13.06.2025 - 12:22

"Yuventus"un mərkəz müdafiəçisi Federiko Qatti "Napoli"nin transfer hədəfi olaraq qalır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
“Napoli” bu yay Qatti üçün 25 milyon avro təklif etməyə hazırdır. "Qoca sinyora" isə futbolçu ilə ayrılmağı planlaşdırmır. Tərəflər yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparır.
Xatırladaq ki, neapolluların daha əvvəl də 26 yaşlı futbolçu ilə maraqlandığı bildirilirdi.
Federiko Qatti son mövsümdə Turin klubunda 42 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunda mübarizə aparacaq
- Azərbaycan millisinin baş məşqçisi: "Haiti heç də zəif rəqib deyil"
- Arda Güler İtaliya nəhənglərinin radarında
- “Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
0
0