“Qalatasaray” “Atletiko Madrid”lə keçiriləcək qarşılaşmada bir neçə futbolçusundan yararlana bilməyəcək.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində zədələri olan Qabriel Sara və Arda Ünyay sabahkı oyunda forma geyinməyəcək. Bundan əlavə, Kazımcan Karataş UEFA-ya təqdim edilən siyahıda yer almadığı üçün İspaniya klubu ilə matçın iştirak ərizəsində olmayacaq.
Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalan Vilfried Sinqonun vəziyyəti isə son məşqdən sonra bəlli olacaq. Məşqdən sonra futbolçunun oyunda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar veriləcək.
Qeyd edək ki, “Qalatasaray” UEFA Çempionlar Liqasının VII turu çərçivəsində “Atletiko Madrid”i qəbul edəcək.
- "Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb
- Avarçəkənlərimiz "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
- Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib
- "Barselona" yenilənmiş stadionda ilk məşqinə çıxıb - FOTO
- Kinqsli Koman Ronaldo ilə komanda yoldaşı ola bilər