İcarə əsasında "Qalatasaray"da çıxış edən "Napoli"nin futbolçusu Viktor Osimhen yeni mövsümdə İtaliyaya qayıda bilər.
Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, "Qalatasaray" nigeriyalı forvardı 65 milyon avroya transfer etmək istəyir.
Osimhen "Yuventus" forması geyinmək istəyir
Mənbənin iddiasına görə, Osimhen uzun müddətdir "Yuventus"un forması ilə İtaliyaya qayıtmaq istəyir.
"Yuventus"un Osimhen planı
26 yaşlı hücumçunu transfer etmək istəyən "Yuventus"un Duşan Vlahoviçin satışından gələcək pulla Osimheni heyətinə qatmağa çalışacağı bildirilib.
Osimhenin "Qalatasaray"dakı çıxışı
Nigeriyalı bu mövsüm "Qalatasaray"ın heyətində 40 rəsmi matçda 36 qol vurub, 8 məhsuldar ötürmə edib.
- Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Okan Buruk açıqladı: 2 həftə daha meydandan kənarda qalacaq
- Parataekvondoçularımız Türkiyədə təlim-məşq toplanışına başlayıb
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
- Cerrard İngiltərəyə qayıda bilər