III MDB Oyunları üçün rəsmi onlayn platforma istifadəyə verildi
23.04.2025 - 12:47
Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarına dair bütün məlumatları əhatə edən rəsmi internet səhifəsi – www.ciagames2025.com ictimaiyyətin ixtiyarına verilib.
Apasport.az xəbər verir ki, yeni platformada istifadəçilər turnirlə bağlı hazırlıq mərhələləri, yarışların vaxt cədvəli, idman arenaları, həmçinin media və könüllü qeydiyyatı ilə bağlı məlumatları izləyə biləcəklər.
Xatırladaq ki, bu mötəbər idman tədbiri 28 sentyabrdan 8 oktyabra qədər Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə baş tutacaq.
- Onauçu Trabzona gəlir - VİDEO
- KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB
- "Əl-Hilal" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlar aparır
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb
0
0