"Roma"dan inamlı qələbə
30.12.2025 - 01:40
İtaliya A Seriyasında 17-ci turun son oyunu keçirilib.
Apasport.az xəbər verir ki, turun bağlanış qarşılaşmasında "Roma" doğma meydanda "Cenoa"nı 3:1 hesabı ilə məğlub edib.
“Roma” matça sürətli başlayıb. 14-cü dəqiqədə Matias Soule hesabı açıb. Ardınca 19-cu dəqiqədə Manu Kone fərqi artırıb. İlk hissənin sonlarında, 31-ci dəqiqədə Evan Ferqyuson üçüncü qolu vuraraq paytaxt təmsilçisinə rahat üstünlük qazandırıb.
“Cenoa” yalnız oyunun sonlarında fərqlənə bilib. Qonaqların heyətində 87-ci dəqiqədə Jeff Ekator təsəlli qoluna imza atıb.
- “Turan Tovuz”da kütləvi ayrılıq: 9 futbolçuya vida - Rəsmi
- Mourinyo "Qalatasaray" derbisi barədə: "Dönərimi yeyib serialıma baxacam"
- Azərbaycan Karate Federasiyası 34 il sonra Xankəndi şəhərində
- Neymar: "İlk dəfədir ki, psixoloji yardım axtarmaq məcburiyyətində qalıram"
- Mbappe Ronaldonu geridə qoydu
0
0