UEFA Avropa Liqasının 1/8 finalında "Reyncers"ə penaltilər seriyasında 3:2 hesabı ilə uduzaraq turnirlə vidalaşan "Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski oyunla bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, vurduğu 2 qolla matçın ulduzu olan Sebastian Şimanski qarşılaşma ilə bağlı bunları deyib:
"Meydanda 120 dəqiqə rəqibdən üstün olduq, amma təəssüf ki, penaltilərdə mübarizədən kənarda qaldıq. Futbol belədir. Hamı gördü ki, gözəl futbol oynadıq. Komandam və azarkeşlərimizlə fəxr edirəm. İstədiyimiz kimi olmadı. Məğlub olduq. Nə qədər yaxşı oynasaq da, uduzduq".
Qeyd edək ki, “Fənərbaxça” ilk oyunda 1:3 hesabıyla məğlub olub və cavab görüşündə 2:0 hesablı qələbə qazandığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan “Reyncers” 1/4 finala vəsiqə qazanıb.
- “Mançester Siti”nin 20 yaşlı futbolçusu Bundesliqada
- "Beşiktaş"da Rafa Silva böhranı davam edir
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub
- Rafael Fiziyev qayıdır – rəqibi bəlli olub
- "Aruka"nın fədakar azarkeşi 1448 km yol qət etdi, komandasını tək buraxmadı - VİDEO