"Milan" yarımmüdafiəçisi Ruben Loftus-Çiki "Yuventus"un müdafiəçisi Federiko Qatti ilə dəyişdirə bilər.
Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, hər iki klub futbolçuların dəyişdirilməsinə maraq göstərir.
Məlumata görə, ingilis futbolçu “Yuventus”un baş məşqçisi Luçano Spalletti üçün yarımmüdafiədə yeni alternativlər yaradacaq. “Milan”ın çalışdırıcısı Massimiliano Alleqri isə uzun müddətdir mərkəz müdafiəçisi transfer etmək istəyir.
Qeyd olunur ki, hər iki oyunçu da razılaşmanın reallaşmasında maraqlıdır, çünki Loftus-Çik və Qatti müntəzəm oyun vaxtı qazanmaq niyyətindədirlər.
Xatırladaq ki, Ruben Loftus-Çik 2023-cü ildə "Çelsi"dən 19 milyon avroya “Milan”a transfer olunub və onun müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Federiko Qatti isə 2022-ci ildə "Frozinone"dən 9 milyon avroya “Yuventus”a keçib. Müdafiəçinin Turin klubu ilə sözləşməsi 30 iyun 2030-cu ilədəkdir.
- Gimnastlarımız dünya kuboku seriyasının qalibi olublar
- "Yuventus" "Çelsi" ilə danışıqlara başlayıb
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Santuş: "Bunlar sadəcə söz-söhbətlərdir"
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi